Balotelli Türkiyə klubuna keçirbackend

Türkiyə Super Liqasına vəsiqə qazanan Adana Demirspor klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Sportfan.az  xəbər verir ki, Adana təmsilçisi İtaliyanın Monza klubunda çıxış edən Mario Balotellini heyətinə qatmaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Adana Demirspor-un Balotelli ilə danışıqlar apardığı bildirilir.

Balotellinin Monza ilə müqaviləsi iyunun sonuna qədərdir.

Türkiyə 1-ci liqasında çempion olan Adana Demirspor yeni mövsümdə Super Liqada iştirak edəcək.