Barcelona-nın sabiq futbolçusu dünyasını dəyişdibackend

 

Barcelona sabiq qapıçısı Fransesk Arnau dünyasını dəyişib.

Sportfan.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Keçmiş qolkiper 46 yaşında vəfat edib. Arnaunun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Arnau 1996-2001-ci illər aralığında Barcelona-da çıxış edib. O, Kataloniya təmsilçisində 32 oyunda 37 qol buraxıb.