“Barselona” baş məşqçisi kim olacaq? – 3 namizədbackend
“Barselona”nın mövsümün sonunda baş məşqçi Ronald Kumanı vəzifəsindən kənarlaşdırmağa qərar verib.
Sportfan.Az RAC1-ə istinadən xəbər verir ki, belə qərar “Barselona”nın La Liqanın XXXVII turunda evdə “Selta”ya 1:2 hesabı ilə məğlubiyyətindən sonra qəbul edilib. Bu matçda uduzan “Barselona” çempionluq şansını itirib. Komanda 76 xal yığaraq, La Liqanın yarış cədvəlində üçüncü yeri tutur.
Məlumata görə, Kumanın yalnız komandanın ona layiqli əvəzetmə tapa bilməyəcəyi təqdirdə baş məşqçi postundə qalmaq şansı var.
Qeyd edilir ki, “Barselona” Kumandan ayrılacağı halda üç nəfərin – Xavi Qarsiyanın, Xavinin və Erik ten Haqın namizədliyini nəzərdən keçirir.