“Barselona” Kike Setyenlə bağlı qərar verdibackend

“Barselona”nın prezidenti Jozep Bartomeu klubun baş məşqçisi Kike Setyenlə təcili görüş keçirib.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, görüş zamanı klub rəhbərinin La Liqada qalib olmaq şanslarını itirmələrinə baxmayaraq, 61 yaşlı mütəxəssisi dəstəklədiyini bildirib.

Kataloniya təmsilçisinin bu mövsümün sonuna kimi Setyeni istefaya göndərməyi planlaşdırmadığı vurğulanıb. Bu isə o deməkdir ki, o, Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə cavab görüşündə də komandanın başında olacaq.

Vəziyyətin yalnız Setyenin özü ayrılmaq istəyəcəyi təqdirdə, dəyişə biləcəyi qeyd olunub.