“Barselona” Koutinyo haqda qərarını verdibackend

“Barselona” yarımmüdafiəçisi Filipp Koutinyo barədə yekun qərarını verib.

Sportfan.az xəbər verir ki, “Bavariya”dan icarədən qayıdan braziliyalı futbolçu eyni şərtlərlə başqa kluba keçməyəcək.

Kataloniya klubu 28 yaşlı pleymeykeri bir daha icarəyə verməyəcək. Yeni baş məşqçi Ronald Kuman “sambaçı”nı yarımmüdafiədə oynatmağı düşünür. İspanlar onu yalnız 120 milyon avroya satmağa razılıq verə bilər.

Qeyd edək ki, Koutinyo ötən mövsüm “Bavariya”da həm Bundesliqanın, həm Almaniya kubokunun, həm də Çempionlar Liqasının qalibi olub.