“Barselona” Luis Suaresi göndərə bilərbackend

“Barselona”nın futbolçusu Luis Suares klubdan ayrıla bilər.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı hücumçuya klubu tərk etməli olduğunu bildirib.

Xəbərdə həmçinin “Ayaks”ın 33 yaşlı oyunçunu transfer etmək istədiyi və artıq Suaresin agenti ilə əlaqə saxladığı vurğulanıb.

Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da oynayır. Onun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır.