“Barselona” müdafiəçisini satırbackend

Müdafiəçi Jan-Kler Todibo İspaniya “Barselona”sından ayrılır.

Sportfan.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu icarəyə göndərmək və ya satmağa hazırdır.

La Liqa təmsilçisi 20 yaşlı oyunçu üçün ən azı 25 milyon avro istəyir. Todibonun xidmətində İngiltərə klubları “Everton”, “Vulverhempton” və “Lester” maraqlıdır. Portuqaliya “Benfika”sı da gənc müdafiəçi ilə güclənmək niyyətindədir.

Qeyd edək ki, fransalı müdafiəçi ötən mövsümü icarə əsasında “Şalke”də keçirib.