“Barselona” prezidentindən Kumanla bağlı açıqlamabackend

“Barselona”nın prezidenti Xosep Bartomeu Ronald Kumanı baş məşqçi vəsifəsinə gətirmək istədiklərini təsdiqləyib.

Sportfan.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, işlər yolunda gedərsə, 57 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalayacaqlarını bildirib:

“Bütün kütləvi informasiya vasitələri bu haqda yazır. Hər şey istənilən kimi olsa, Kuman “Barselona”nın baş məşqçisi olacaq və biz bunu rəsmi şəkildə elan edəcəyik. Kumanı çox yaxşı tanıdığımız üçün ona etimad göstəririk”.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya uduzaraq (2:8) mübarizəni dayandırdıqdan sonra Kike Setyeni istefaya göndərib.