“Barselona” radikal dəyişikliyə gedirbackend

“Barselona” Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesablı ağır bir məğlubiyyətdən sonra heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.

Sportfan.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yalnız Lionel Messi, Frenki de Yonq, Mark-Andre ter Ştegen, eləcə də gənc oyunçular Ansu Fati və Riki Puçanı toxunulmaz hesab edir. Qalan digər futbolçuların isə “Barselona”dan göndərilə biləcəyi mümkün hesab edilir.

Xəbərdə qeyd edilir k, artıq bu yay transfer dövründə “Barselona” Luis Suares, Antuan Qrizmann, Jordi Alba, İvan Rakitiç, Serxi Roberto, Arturo Vidal və Nelson Semedunu göndərə bilər.

Bundan əlavə, Samuel Umtiti və Usman Dembelenin tez-tez zədələndikləri üçün komandadan ayrıla biləcəkləri qeyd olunub.