“Barselona” Suareslə razılığa gələ bilmirbackend

“Barselona” futbolçusu Luis Suareslə 2021-ci ilin yayında başa çatacaq müqaviləni ləğv etmək üçün razılığa gələ bilmir.

Sportfan.az “Cadena SER”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı hücumçuya  7 milyon avro təzminat ödəməyi təklif edir. 33 yaşlı oyunçu isə bu təklifi qəbul etmir.Bundan əvvəl futbolçunun klubdan müqaviləsinə əsasən 1 illik maaşının – 14 milyon avro ödənilməsini istədiyi bildirilmişdi.

Qeyd edək ki. L.Suares 2014-cü ildən “Barselona”da oynayır. Onun “Yuventus”a keçəcəyi gözlənilir.