“Barselona”da Kroyfun oğluna iş verildibackend

“Barselona”nın sabiq futbolçusu və baş məşqçisi Yohan Kroyfun oğlu Jordi Kroyyf Kataloniya klubunda çalışacaq.

Sportfan.az xəbər verir ki, Kroyf klubun prezidenti Xuan Laportanın müşaviri təyin olunub.

Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb. Jordi Kroyf avqustun 1-dən yeni işinə başlayacaq.

Jordi Kroyf futbolçu karyerasına 1994-cü ildə “Barselona”da başlayıb.