“Barselona”dan getmək istədiyini Kumana bildirdi- Messibackend

“Barselona”nın kapitanı Lionel Messi klubun yeni baş məşqçisi Ronald Kumanla görüşüb.

Sportfan.az “RAC1″ə istinadən xəbər verir ki, söhbət zamanı argentinalı hücumçu niderlandlı mütəxəssisə öz gələcəyini bu komandada görmədiyini bildirib. 33 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesablı məğlubiyyətdən məyus olduğu və klubda baş verənlərdən narazı qaldığı vurğulayıb. Messi eyni zamanda müqaviləsindəki öhdəliklərə görə Kataloniya klubundan ayrılmasının asan olmayacağını düşünür.

Qeyd edək ki, Messi 2019/2020 mövsümündə 44 matçda 31 qol vurub, 26 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.