“Barselona”dan göndərilə bilər- Abidalbackend

“Barselona”nın idman direktoru Erik Abidalın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi avqustun 17-də keçiriləcək iclasda 40 yaşlı mütəxəssislə bağlı qərar verəcək.

Toplantıda E.Abidal mövsüm haqda rəhbərliyə ətraflı hesabat təqdim etməlidir.

Xəbərdə o da qeyd olunub ki, E.Abidalın fəaliyyəti ilə bağlı uzun müddətdir mübahisələr gedir. Komandanın yeni transferlərinin uğurlu olmaması rəhbərlikdə fransalı idman direktoru ilə bağlı şübhələr yaradıb.
Xatırladaq ki, E.Abidal  2018-ci ildən “Barselona”da idman direktoru vəzifəsində işləyir. O, 2007-2013-cü illərdə futbolçu kimi bu komandada çıxış edib.