“Barselona”nın futbolçusu koronavirusa yoluxdubackend

“Barselona”nın 9 nəfərdən ibarət olan hazırlıq düşərgəsində 1 oyunçuda koronavirus aşkarlanıb.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçunun koronavirus testi müsbət çıxıb. Həmin şəxsin karantinə alındığı bildirilib.

Koronavirusa yoluxan oyunçunun Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə görüş üçün iştirak ərizəsində yer alan futbolçularla təmasda olmadığı vurğulanıb. Onun təmasda olduğu şəxslər isə koronavirus testindən keçiblər.