“Barselona”nın futbolçusu PAOK-a keçdibackend

“Barselona” futbolçusu Mussa Vaqeni PAOK-a icarəyə verib.

Sportfan.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 21 yaşlı müdafiəçinin keçidi üçün razılıq əldə ediblər. Seneqallı oyunçu mövsümün sonunadək Yunanıstan klubunda çıxış edəcək.

Qeyd edək ki, M.Vaqe “Barselona”da cəmi 6 matça çıxıb. O, geridə qalan mövsümün ikinci yarısını  icarə əsasında “Nitsa”da keçirib.