“Barselona”nın Luis Suareslə bağlı planı məlum olubbackend

İspaniya “Barselona”sının futbolçusu Luis Suares mövsümün sonuna kimi komandada qala bilər.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı hücumçu son mövsüm də daxil olmaqla, hətta başqa kluba gedəcəyi təqdirdə belə, müqavilə üzrə bütün məbləğin ödənilməsini təkid edir. Bu halda Kataloniya klubu hücumçuya pul ödəmək niyyətində deyil, lakin onu simvolik məbləğ üçün İtaliya “Yuventus”una göndərməyə hazırdır.

Qeyd edilir ki, “Barselona” Luis Suaresi müqaviləsinin sonunadək buraxmaya bilər. Suares 2014-cü ildən bu komandada çıxış edir. O, ötən mövsüm 36 matçda iştirak edərək, 21 qol vurub və 12 məhsuldar ötürmə edib.