“Barselona”nın koronavirus pandemiyasının fəsadları səbəbindən itkisi 100 milyon avroya enib.
Sportfan.az xəbər verir ki, La Liqa təmsilçisi Arturun “Yuventus”a satılması ilə ziyanın bir qismini aradan qaldırıb.
İspaniya klubunun builki büdcəsi 1 milyard 47 milyon avro olaraq təsdiqlənib. Koronavirus pandemiyası başlamazdan əvvəl kataloniyalılar 1,1 milyard avro qazanc əldə etmişdi. Lakin pandemiya səbəbindən gəlirlər kəskin şəkildə azalıb: muzey bağlanıb, stadiona tur təşkil edilmir, komanda son 6 ev oyununu boş tribunalar önündə keçirib.
Futbolçuların maaşlarının 12 faiz azaldılması və Arturun “Yuventus”a keçidi ümumi itkinin 100 milyon avroya düşməsinə səbəb olub.