“Barselona”nın yeni mövsüm üçün kapitanı müəyyənləşibbackend

İspaniyanın “Barselona” komandasının yeni mövsüm üçün kapitanı müəyyənləşib.

Sportfan.az  “El Mundo Deportivo” nəşrinə istianadən xəbər verir ki, Lionel Messi 2020/2021 mövsümündə də kapitan sarğısını taxacaq.

33 yaşlı argentinalı hücumçu 2018-ci ildə Andres İnyestanın Kataloniya klubundan ayrılmasından sonra bu vəzifəyə sahib olub. Serxio Buskets, Jerar Pike və Serxio Roberto vitse-kapitanlar olacaq.

Qeyd edək ki, “Barselona” La Liqanın ilk turunda sentyabrın 13-də “Elçe” ilə qarşılaşmalı idi, lakin matç təxirə salınıb.

Xatırladaq ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb. O, 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.