“Barselona”nın yeni transferi koronavirusa yoluxdubackend

“Barselona”nın yeni transferi Miralem Pyaniç koronavirusa yoluxub.

Sportfanşo.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onun vəziyyətinin yaxşı olduğu və evində karantinə alındığı bildirilib. M.Pyaniçin ən azı 15 gün müddətində komandaya qoşulmayacağı vurğulanıb.

Qeyd edək ki, “Barselona” bu yay Pyaniçi 60 milyon avroya “Yuventus”dan transfer edib