“Barselona”ya qarşı oynamaq qeyri-adi idi” – Koutinyobackend

“Bavariya”nın futbolçusu Filipe Koutinyo  Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya 8:2 hesabı ilə qalib gələrək yarımfinala çıxdıqları matçdan sonra oyun haqda fikirlərini bölüşüb.

Sportfan.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə ilə Kataloniya klubuna məxsus olan 28 yaşlı hücumçu “Barselona”ya qarşı oynamağın qeyri-adi olduğunu deyib:

“Zədəmi sağaltmışam. Uzun müddətdir ki, oynamırdım. Formaya düşmək üçün çox çalışdım. Bu matç mühim idi. “Barselona”ya qarşı oynamaq qeyri-adi idi. Amma “Bavariya” ilə müqaviləm var. Diqqətimi Çempionlar Liqasına yönəltmişəm”.

Qeyd edək ki, “Bavariya” turnirin yarımfinalında “Mançester  Siti”-“Lion” cütünün qalibi ilə üz-üzə gələcək.