Baş məşqçini istefaya göndərdi- Kiyev “Dinamo”subackend

Kiyev “Dinamo”su baş məşqçi Aleksey Mixayliçenkonu istefaya göndərib.

Sportfan.az-ın xəbərinə görə, bu barədə Ukrayna klubu rəsmi saytı vasitəsilə bildirib.

57 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də vəzifəsindən uzaqlaşdırılıb. Rəhbərlik hələlik yeni baş məşqçini müəyyənləşdirməyib.

Qeyd edək ki, Aleksey Mixayliçenko ötən ilin avqustunda “Dinamo”nun sükanı arxasına keçib. Kiyevlilər çempionatda 2-ci yeri tutub və ölkə kubokunu qazanıb.