Baş məşqçisini istefaya göndərdi- “Trabzonspor”backend

“Trabzonspor” baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, “Trabzonspor” H.Çimşirin rəhbərliyi altında Türkiyə Superliqasının 33-cü turunda “Konyaspor” 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.

Əlavə edək ki, “Trabzonspor” ölkə çempionatının bitməsinə 1 tur qalmış 62 xalla 2-ci pillədə qərarlaşıb.