“Başakşəhər” Avroliqa ilə vidalaşdı, “Şaxtyor” növbəti mərhələdəbackend

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan avrokuboklar bərpa olunub.

Sportfan.az xəbər verir ki, bu gün Avropa Liqasında 4 görüşün 2-i keçirilib.

İstanbulda “Kopenhagen”ə minimal hesabla qalib gələn son Türkiyə çempionu “Başakşəhər” bu dəfə rəqibi ilə Danimarkada qarşılaşıb. 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Donetsk “Şaxtyor”u isə səfərdə məğlub etdiyi (2:1) “Volfsburq”u evdə də qalib gələrək (3:0) növbəti mərhələyə yüksəlib. “Mançester Yunayted” öz meydanında Avstriya LASK-ı ilə qarşılaşacaq. “Qırmızı şeytanlar” səfərdəki görüşdə 5 cavabsız qolla qalib gəlib.

“İnter” (İtaliya) – “Xetafe” (İspaniya) cütlüyünün isə ilk oyunu da təxirə salındığından komandalar arasında görüş neytral meydanda olacaq. Qalib Almaniyanın Helzenkirhen şəhərində 1 görüşlə müəyyənləşəcək.