Türkiyə Super Liqasında I tura yekun vurulub.
Sportfan.az xəbər verir ki, turun son günündə bir matç baş tutub.
Ötən mövsümün çempionu “Başakşəhər” ilk görüşünü səfərdə keçirib. İstanbul təmsilçisi 1-ci liqanın çempionu kimi Super Liqaya yüksələn “Hatayspor”un qonağı olub.
Matçın taleyini iki qol həll edib. Hatay təmsilçisi hər hissənin sonlarında vurduğu topla 3 xal qazanıb.
Qeyd edək ki, növbəti tura sentyabrın 18-də start veriləcək.
Türkiyə Super Liqası
I tur
14 sentyabr
“Hatayspor” – “Başakşəhər” – 2:0
İlqaz, 36, Barbosa, 90+1