“Başakşəhər”in futbolçusu “Neftçi”də?backend

“Başakşəhər”in futbolçusu Mert Çelikin “Neftçi”yə keçdiyi iddia olunub.

Sportfan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Başakşəhər”in 20 yaşlı müdafiəçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına kimi uzatdığı, daha sonra isə onu “Neftçi”yə 2 illiyə icarəyə verdiyi bildirilib.

Qeyd edək ki, M.Çelik Azərbaycanın U-21 millisinində üzvüdür.