Başqa kluba keçməyi düşünmür- Kevin De Bruynebackend

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubdan ayrılmaqla bağlı fikrini dəyişib.

Sportfan.az xəbər verir ki, komandanın lideri istənilən halda başqa kluba keçməyi düşünmür.

Hətta İdman Arbitraj Məhkəməsi (CAS) “şəhərlilər”in 2 il müddətinə avrokuboklardan kənarlaşdırılma cəzasını təsdiqləsə belə, De Bruyne komandada qalacaq. 29 yaşlı orta sahə oyunçusunun həyat yoldaşı Mişel hazırda 3-cü uşağa hamilədir. Bu üzdən cütlük həyatlarında hər hansı dəyişiklik planlaşdırmır.

<ins’></ins’>

Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm Premyer Liqada 32 oyun keçirib, 11 qol vurub, 19 məhsuldar ötürmə verib.