“Bavariya” ÇL-nı qazansa, “Liverpul”a pul ödəyəcək –  “Barselona”backend

Müqavilə ilə “Barselona”ya məxsus olan Filippe Koutinyo hazırda icarə əsasında çıxış etdiyi “Bavariya”nın heyətində Çempionlar Liqasının (ÇL) qalibi olacağı halda İngiltərənin “Liverpul” klubu 5 milyon avro qazanacaq.

Sportfan.az  xəbər verir ki, sözügedən məbləği mersisaydlılara Kataloniya təmsilçisi ödəyəcək.

Braziliyalı futbolçu 2018-ci ilin qışında “qırmızılar”dan La Liqa klubuna keçərkən onun müqaviləsinə belə bir bənd əlavə olunub. Həmin vaxt kataloniyalılar bu transfer üçün qarşı tərəfə 145 milyon avro ödəmişdi.

Turnirin 1/4 final mərhələsində “Barselona”nı 8:2 hesabı ilə məğlub edən “Bavariya” yarımfinala yüksəlib. Həmin matçda qollardan 2-sini məhz Koutinyo vurub.