“Bavariya” ilə oyundan sonra”Barselona”nın paltardəyişmə otağı- FOTObackend

“Barselona”nın kapitanı Lionel Messi və qapıçısı Ter Şteqenin Çempionlar Liqasının 1/ 4 finalında “Bavariya” ilə matçının (2:8) fasiləsi zamanı paltardəyişmə otağında çəkilən fotosu yayılıb.

Sportfan.az xəbər verir ki, “Barselona” fasiləyə  1:4 hesabı ilə məğlub yollanıb. Fotoda Messi və Ter Şteqenin məyus olduğu görünür.

Qeyd edək ki, “Barselona” bu oyunla Çempionlar Liqasındakı mübarizəsini başa vurub.