“Bavariya” yoxsa PSJ- ÇLbackend

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatır.

Sportfan.az xəbər verir ki, bu gün turnirin final qarşılaşması keçiriləcək.

Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi “Bavariya” üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarə edəcəyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxacaq.

“Marsel”, “Reyms”, “Sent-Etyen” və “Monako”dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ 27 ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq niyyətindədir. Fransızların bu turnirdəki yeganə çempionluğunu 1993-cü ildə “Marsel” əldə edib.

7 illik fasilədən sonra yenidən finalda iştirak edəcək “Bavariya” isə 1974, 1975, 1976, 2001 və 2013-cü ildən sonra 6-cı dəfə ÇL-in qalibi olmağa çalışacaq.

Çempionlar Liqası
Final
23 avqust
23:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)
Baş hakim: 
Daniel Orsato (İtaliya)
Lissabon. “Da Luş” stadionu