“Bayer” “Roma”nın hücumçusunu transfer etdibackend

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Roma”nın hücumçusu Patrik Şiki transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Bayer” Çexiya yığmasının üzvünə görə “Roma”ya 26.5 milyon avro ödəyib.

Qeyd edək ki, Şik “Roma”ya 2017-ci ildə “Sampdoriya”dan transfer edilmişdi