“Bayer” satılmasına razılıq verdi- 100 milyonabackend

“Bayer” yarımmüdafiəçisi Kay Havertsi satmağa razılıq verib.

Sportfan.az xəbər verir ki, “Çelsi” başda olmaqla bir neçə nəhəng klubun maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusunun transfer qiyməti də açıqlanıb.

Leverkuzen təmsilçisi Almaniya millisinin üzvünün gedişindən 100 milyon avro qazanmağı planlaşdırır. Bundesliqa klubu bu məbləğin bir hissəsini bonus kimi əldə etməyə də hazırdır. Ancaq rəhbərlik Avropa Liqasında çıxışını davam etdirdiyindən, turnirdə mübarizənin sonuna qədər onu heç yerə buraxmamaq qərarına gəlib.

Qeyd edək ki, Kay Haverts cari mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 15 qol, 8 assistlə yadda qalıb.