Belə getsə “Napoli”yə uduzacağıq”- Messibackend

“Barselona” klubunun ulduz futbolçusu Lionel Messi komanda yoldaşlarını tənqid edib.

Sportfan.az İspaniya mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın XXXVII turunda evdə “Osasuna”ya 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərə açıqlama verib.

Argentinalı forvard azarkeşlərə sevinc bəxş edə bilmədiklərini söyləyib. Kapitan bu səbəbdən, fanatların səbrinin tükəndiyini bildirib: “Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmaq istəyiriksə, düşüncəmizdə çox şey dəyişməlidir. İşlər bu şəkildə davam edəcəksə, “Napoli”yə uduzacağıq”.