Belhandanın yeni klubu bilindibackend

Mart ayında Türkiyənin Galatasaray klubu ilə yollarını ayıran və hazırda azad agent olan Yunes Belhanda karyerasını Fransada davam etdirəcək.

Sportfan.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi Monpellier klubu ilə razılaşıb. Belhanda Liqa 1 təmsilçisi ilə üç illik müqavilə imzalayacaq.

2017-ci ilin yayından 2021-ci ilin martına qədər Galatasaray-da çıxış edən yarımmüdafiəçi “sarı-qırmızılar”la 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.