“Beşiktaş” braziliyalı futbolçu transfer etdibackend

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Velintonu transfer edib. Braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl Fabris NSakala və Bernard Mensanı da heyətinə qatıb.