“Beşiktaş”ın futbolçusu koronavirusdan sağaldıbackend

“Beşiktaş”ın futbolçusu Umut Nayir koronavirusdan sağalıb.

Sportfan.az saytının məlumatına görə, bu barədə hücumçu özü məlumat yayıb.

İyunun 24-də koronavirusa yoluxduğu müəyyənləşən 27 yaşlı hücumçu növbəti dəfə testdən keçib və bu gün nəticənin neqativ olduğunu açıqlayıb. Ancaq Türkiyə Futbol Federasiyasının tələbi ilə Nayir 5 gündən bir 3 dəfə testdən keçməlidir. Bu səbəbdən forvard mövsümün son iki turunu da buraxmalı olacaq.

Qeyd edək ki, Umut Nayir “Beşiktaş”a ötən ilin yayında “Bursaspor”dan keçib.