“Betis”də yeni baş məşqçi- RƏSMİbackend

Manuel Pelleqrini İspaniyanın “Betis” futbol komandasına baş məşqçi təyin olunub.

Sportfan.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 66 yaşlı mütəxəssis 2020/2021 mövsümündən işə başlayacaq. Pelleqrini ilə 2023-cü ilin iyununadək müqavilə bağlanılıb.

Çilidən olan baş məşqçi əvvəllər İspaniyada “Real Madrid”, “Malaqa” və “Vilyarreal”a, İngiltərədə isə “Mançester Siti” və “Vest Hem”ə rəhbərlik edib. O, 2019-cu ilin dekabrından işsizdir. Hazırda “Betis” 35 oyundan 41 xalla 13-cü pillədə qərarlaşıb.