Beyl “Real”da qalacaqbackend

Conatan Barnett agenti olduğu “Real”ın futbolçusu Qaret Beylin klubdakı gələcəyi barədə danışıb.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o,  uelsli hücumçunun Madrid təmsilçisindən ayrılmaq fikrinin olmadığı bildirib:

“Qaretın “Real”la iki illik müqaviləsi qalıb. Madridi sevir, heç yerə getməyəcək. Beyl komandada olmaqdan məmnundur. Zidan da oxşar fikirdədir. Əlbəttə ki, müxtəlif klublar Qaretə maraq göstərirlər. Ancaq o, “Real” dan ayrılmayacaq”.