Bir gündə 43 oyun – Avropa Liqasındabackend

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Sportfan.az saytının məlumatına görə, bir oyundan ibarət mərhələ çərçivəsində 43 matç baş tutacaq.

Bunlardan 33-ü Əsas yolda keçiriləcək. Azərbaycanın bu turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Neftçi” Türkiyə “Qalatasaray”ını qəbul edəcək. Bu cütün qalibinin rəqibi Şimali Makedoniyada müəyyənləşəcək. “Renova” Xorvatiya “Hayduk”unu sınağa çəkəcək.

Çempionlar yolunda 10 matç oynanılacaq. Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində uduzan komandalar qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirəcək.

Qeyd edək ki, mərhələnin digər üç oyunu sentyabrın 16-da keçirilib.

Avropa Liqası
II təsnifat mərhələsi
Əsas yol
17 sentyabr

16:00. “Kaysar” (Qazaxıstan) – APOEL (Kipr)
16:15. “Ventspils” (Latviya) – “Rusenborq” (Norveç)
17:30. “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya)
18:00. “Teuta” (Albaniya) – “Qranada” (İspaniya)
19:00. “Linkoln” (Cəbəllütariq) – “Reyncers” (Şotlandiya)
19:45. “Botoşani” (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya)
20:00. “Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Vilnüs, Litva)
20:00. “Höteborq” (İsveç) – “Kopenhagen” (Danimarka)
20:00. “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Tottenhem” (İngiltərə)
20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
20:00. “Riterlay” (Litva) – “Slovan” (Çexiya)
20:30. “Olimpiya” (Sloveniya) – “Zrinski” (Bosniya və Herseqovina)
21:00. “Hibernians” (Malta) – “Fehervar” (Macarıstan)
21:00. “Laçi” (Albaniya) – “Hapoel” (Beer-Şeva, İsrail)
21:00. “Lokomotivi” (Gürcüstan) – “Dinamo” (M, Rusiya)
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan)
21:00. “Sfantul” (Moldova) – “Partizan” (Serbiya)
21:00. MOİK (Bolqarıstan) – BATE (Belarus)
21:00. OFİ (Yunanıstan) – “Apollon” (Kipr)
22:00. “Aris” (Yunanıstan) – “Kolos” (Ukrayna)
22:00. “Borats” (Bosniya və Herseqovina) – “Rio Ave” (Portuqaliya)
22:00. “Kukesi” (Albaniya) –  “Volfsburq” (Almaniya)
22:00. “Pyast” (Polşa) – “Hartberq” (Avstriya)
22:00. “Şemrok Rovers” (İrlandiya) – “Milan” (İtaliya)
22:00. “Standard” (Belçika) – “Bala Taun” (Uels)
22:15. “Mura” (Sloveniya) – “Orxus” (Danimarka)
22:30. “Kolreyn” (Şimali İrlandiya) – “Motervell” (Şotlandiya)
22:30. “Vikinq” (Norveç) – “Aberdin” (Şotlandiya)
22:45. “Dunayska” (Slovakiya) – “Yablonets” (Çexiya)
22:45. “Osiyek” (Xorvatiya) – “Bazel” (İsveçrə)
22:45. “Servett” (İsveçrə) – “Reyms” (Fransa)
23:00. “Topola” (Serbiya) – “Styaua” (Rumıniya)
23:05. “Honved” (Macarıstan) – “Malmö” (İsveç)

Çempionlar yolu
18:00. “Ararat-Armeniya” (Ermənistan) – “Fola” (Lüksemburq)
18:00. “Astana” (Qazaxıstan) – “Buduçnost” (Monteneqro)
19:30. “Kuopio” (Finlandiya) – “Slovan” (Slovakiya)
20:30. “Flora” (Estoniya) – “Reykyavik” (İslandiya)
21:00. “Konnah” (Uels) – “Dinamo” (Tbilisi, Gürcüstan)
21:00. “Riqa” (Latviya) – “Tre Fiori” (San-Marino)
21:00. “Yurqorden” (İsveç) – “Europa” (Cəbəllütariq)
21:30. “İnter” (Andorra) – “Dandalk” (İrlandiya)
22:00. “Sileks” (Şimali Makedoniya) – “Drita” (Kosovo)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Floriana” (Malta)