“Beşiktaş” hücumçusu Kevin-Prinq Boatenqlə yollarını ayırıb.
Sportfan.az-ın xəbərinə görə, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, yanvarda icarəyə götürülən 33 yaşlı forvard müqavilə ilə məxsus olduğu “Fiorentina”ya qayıdıb. “Ağ-qaralar” onu birdəfəlik transfer etmək hüququndan yararlanmaqdan imtina ediblər.
Qeyd edək ki, Kevin-Prins Boatenqin “Fiorentina” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.