Boksçumuz erməni rəqibini məğlub etdibackend

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

Sportfan.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda ermənistanlı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.