Bordindən “Neftçi”yə təbrik: “Azərbaycan millisinə uğurlar arzulayıram”backend

Futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sportfan.az xəbər verir ki, italiyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun çox gərgin keçdi. Hər iki komanda matçın müxtəlif hissələrində oyuna nəzarət etdilər. Məqsədimizə çatdıq, qalib gəldik. Azərbaycan millisinin heyətində vaxtilə “Neftçi”də rəhbərliyim altında oynamış futbolçuları gördüm. Hamısı yaxşı təsir bağışladı. Fürsətdən istifadə edib, “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan millisinə isə uğurlar arzulayıram”.