Fransa Liqa1-də III tur başlayıb.
Sportfan.az xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib.
Mövsümün startında məğlubiyyət acısı yaşamayan “Lion”la “Bordo” sonuncuların meydanında üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. İkinci pilləni qoruyan Bordonun eyniadlı təmsilçisi startda 3-cü quru oyununu keçirib. Lionlular isə 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura sentyabrın 13-də yekun vurulacaq.
Fransa Liqa1-i
III tur
11 sentyabr
“Bordo” – “Lion” – 0:0