Bottas birinci, Hemilton ikinci oldu- “Formula 1”backend

“Formula 1” üzrə Macarıstan Qran-prisində növbəti sınaq yürüşü keçirilib.

Sportfan.az xəbər verir ki, üçüncü test yürüşündə ən yaxşı nəticəni “Mercedes”in pilotu Valtteri Bottas göstərib.

Onun komanda yoldaşı Lüis Hemilton ikinci olub. “Racing Point”in sürücüsü Serxio Peres üçüncü yerlə kifayətlənib.

Qeyde edək ki, Macarıstan Qran-prisinə iyulun 18-də yekun vurulacaq.