Braziliyalı müdafiəçi transfer etdi- “Beşiktaş”backend

“Alanyaspor”un futbolçusu Velinton komandasını dəyişib.

Sportfan.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi karyerasını “Beşiktaş”da davam etdirəcək.

31 yaşlı oyunçu “ağ-qaralar”la artıq hərtərəfli anlaşma əldə edib. Razılığa əsasən, Velinton İstanbul təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq. “Sambaçı” bu gün yeni komandasının axşam məşqinə qoşulacaq.Qeyd edək ki, “Flamenqo”nun yetirməsi olan Velinton 2017-ci ildən “Alanyaspor”da çıxış edib.