“Brügge” növbəti dəfə Belçika çempionu oldubackend

“Brügge” komandası vaxtından əvvəl Belçikanın futbol üzrə çempionatının qalibi olub.

sportfan.az xəbər verir ki, bu, “Anderlext”lə matçdan sonra olub.

Brüsselin “Konstant van den Stok” stadionunda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.

“Brügg”nin heyətində Hans Vanaken dubl edib, daha bir qolu isə Noa Lanq öz hesabına yazıb. “Anderlext”də Lukas Nmeça iki dəfə fərqləqnb, üçüncü qolu Yakob Larsen rəqib komandanın qapısından keçirib.

Beləliklə, “Brügge” mövsümün sonuna qədər çempion titulunu rəsmiləşdirib. Komanda 44 xal yığıb. Çempion ən yaxın təqibçisi “Genk”i 3 xal qabaqlayır.

Qeyd edək ki, “Brügge” ardıcıl ikinci dəfədir Belçika çempionu olur.