Belçika yığmasının futbolçusu Brendon Mexelenin koronavirus testi müsbət nəticə verib.
Sportfan.az xəbər verir ki, bu barədə millinin “Twitter”dəki səhifəsində bildirilir.
Məlumata görə, o komandanı tərk edib.
Mexelenin 27 yaşı var. O “Brügge” klubunda çıxış edir.
UEFA Millətlər Liqasının A liqasının matçında Belçika yığması İslandiya komandası ilə oynayacaq.