“Bu cür performansa inanmırdıq” – Lük Holtsbackend

“Bugünkü oyunla qələbəyə layiq idik. Çünki əvvəldən sona qədər baxımlı oyun sərgilədik”.

Sportfan.az xəbər verir ki, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığması ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

C liqasının 1-ci qrupunun ilk turu çərçivəsində Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

51 yaşlı çalışdırıcı oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Təsəvvür edərdiniz ki, təxminən 10 ay futbol oynamayan komanda bu gün meydanda dominantlıq edəcək?

– Lap əvvəldən bu cür performansa inanmırdıq. Amma ikinci məşqdən sonra əmin oldum ki, baxımlı oyun göstərə bilərik. Bu gün də meydanda gözləntilərimiz qarşılandı və layiqli qalibiyyət əldə etdik. Azərbaycan yığması 10 nəfərlə qaldıqdan sonra müdafiəyə çəkildi. Bu da bizim işimizə yaradı.

– Azərbaycan yığmasının ilk dəqiqələrdən müdafiə futbolu oynamasına təəccübləndiniz?

– Xeyr, heç də təəccüblənmədim. Yeni baş məşqçinin 4-4-2 sxemi ilə oynadacağını təsəvvür edirdim. Oyunçularımdan bu gün razı qaldım. Xüsusən də, 0:1 hesabından sonra futbolçular yaxşı çıxış etdilər.

– Vahid Selimoviç niyə start heyətində başlamışdı?

– Onun performansından razıyam. O, digərlərindən daha təcrübəlidir və oyun praktikası baxımından hazırdır.

– Penaltini Gerson Rodrigesin vuracağı öncədən müəyyənləşdirilmişdi?

– Bəli, bu, əvvəlcədən planlaşdırılmışdı. Siyahıda 3 futbolçunun adı var idi. Rodriges də onlardan biri idi. Bu, gələcək üçün də belə olacaq.

– Orta sahə bu gün çox yaxşı idi. Gələcəkdə hansısa dəyişiklik etmək planınız var?