Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcəkbackend

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçiriləcək.

Sportfan.az  xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq həlledici oyunda “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gələcək.

Finalçılar ölkə kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gəlib. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlib (1:0, 1:1).

“Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb. Tarixində ilk dəfə belə uğura imza atan sumqayıtlılar ölkə kubokunda da ilkə imza atmaq şansı var. “Keşlə” isə Premyer Liqada altıncı yeri tutub. Bir dəfə (2017/18) mövsümündə Azərbaycan kubokunun qalibi olmuş paytaxt təmsilçisi, ikinci dəfə belə uğura imza atmaq şansı yaranıb. Belə olan halda bakılılar həm də avrokuboklara vəsiqə qazanacaqlar.

Azərbaycan kuboku

 

Final

 

19:30. “Keşlə” – “Sumqayıt”

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.

 

Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.

 

Masazır. “Bank Respublika Arena”.