“Bu qələbə Norveç futbolu üçün çox dəyərlidir”- Rekdal Hyetilbackend

“Penaltilər seriyası əsəbi keçdi. Hər iki komanda zərbələri dəqiq yerinə yetirəndə vəziyyət daha da gərginləşir, təzyiq artıq. Amma mən əmin idim ki, Kristoffer Haugen komandamız üçün sonuncu penaltini dəqiq vuracaq. Çünki soyuqqanlı və özünə güvənən oyunçudur”.

Sportfan.az xəbər verir ki, bu fikiləri veteran futbolçu Rekdal Hyetil “Vg.no” saytına açıqlamasında keçmiş komandası Norveç “Molde”sinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ı üstələdiyi oyun barədə danışarkən deyib.

52 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, Azərbaycan çempionu üzərində qələbə “Molde” və Norveç futbolu üçün çox dəyərlidir: “Bu, koronavirus pandemiyası dövründə maliyyə baxımından xüsusilə vacib idi. İndi “Molde” UEFA-dan müəyyən gəlir götürəcək. Çempionlar Liqasının qrupuna düşsələr, möhtəşəm olacaq”.

Qeyd edək ki, əsas vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında rəqibinə 5:6 hesabı ilə uduzan “Qarabağ” yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.