Bundesliqada məhsuldarlığa davam – 6 oyunda 24 qolbackend

Almaniya Bundesliqasında I tur davam edir.

Sportfan.az xəbər verir ki, turun ikinci günündə 6 oyun keçirilib.

Məhsuldar keçən qarşılaşmalarda ümumilikdə 24 qol vurulub. Qonaqların üstünlüyü ilə keçən gündə “Hoffenhaym”, “Frayburq”, “Auqsburq” və “Herta” səfər qələbəsinə sevinib.

Yalnız bir qarşılaşmada meydan sahibləri qalib gəlib. Dortmundda “Borussiya” Mönhenqladbaxdan olan həmklublarını darmadağın edib.

Qeyd edək ki, dünən “Bavariya” – “Şalke” oyunu ilə (8:0) başlayan tura sabah baş tutacaq iki matçla yekun vurulacaq.

Almaniya Bundesliqası
I tur
19 sentyabr
“Ayntraxt” – “Arminiya” – 1:1

Silva, 62 – Soukou, 51
“Köln” – “Hoffenhaym” – 2:3
Andersson, 22, Draksler, 86 – Kramariç, 4, 45 (pen.), 90
“Union” – “Auqsburq” – 1:3
Buelter, 75 – Varqas, 41, Qreqoriş, 82, Han, 89
“Ştutqart” – “Frayburq” – 2:3
Kalaydziç, 71, Vamanqituka, 82 – Petersen, 8, Şallai, 26, Qrifo, 48
“Verder” – “Herta” – 1:4
Selke, 69 – Pekarik, 42, Lukebakio, 45, Kunya, 62, Kordoba, 90
“Borussiya” D – “Borussiya” M – 3:0
Reyna, 35, Haland, 54 (pen.), 78